Lider TV

Partlamamış hərbi sursatlar aşkarlanıb


Goranboyda partlamamış hərbi sursatlar aşkarlanıb. Rayonun Aşağı Ağcakənd qəsəbəsində yol kənarından 2 ədəd mərmi və 1 ədəd əl qumbarasının tapılması barədə məlumat ANAMA-ya Fövqəladə Hallar Nazirliyinin böhran vəziyyətlərdə idarəetmə mərkəzindən verilib. Sözügedən əraziyə göndərilən xüsusi mobil çevik əməliyyat qrupu sursatlara baxış keçirib. Partlamamış 2 ədəd 100 millimetrlik top mərmisi və 1 ədəd köhnə model əl qumbarası götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.




19:00 / 01.02.2018     Çap et  Çap et