Lider TV

Prezident İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirini qəbul edib


Prezident İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ölkələrimizin sosial müdafiə sahəsində iş birliyinin razılıq doğurduğunu deyən prezident İlham Əliyev bu sahədə təcrübə mübadiləsinin, birgə proqramların həyata keçirilməsinin zəruriliyini bildirib. Ümumilikdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin çox uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrimizin daim bir-birinin yanında olduğunu və bir-birini dəstəklədiyini deyib, münasibətlərimizin dünya miqyasında nümunəvi xarakter daşıdığını məmnunluqla qeyd edib. Xanım Jülide Sarıeroğlu bu vəzifədə fəaliyyətə başladıqdan sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu dilə gətirib. Nazir Türkiyə ilə Azərbaycanın daim bir-birinin yanında olmasını və ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq sosial müdafiə sahəsində də əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini qeyd edib.




19:00 / 01.02.2018     Çap et  Çap et