Lider TV

Dolu ilə mübarizədə raket-artilleriya vasitələrindən istifadə oluna bilər


Ölkədə yenidən dolu ilə mübarizədə raket-artilleriya vasitələrindən istifadə oluna bilər. Artıq bu barədə Ekologıya və Təbii Sərvətlər Nazirliyi “Atmosfer proseslərinə fəal təsir işlərinin təşkili və aparılması metodikası”nın layihəsini hazırlayıb və Nazirlər Kabınetınə təqdım edilib. Layihənin bir milyon hektara yaxın ərazidə tədbiqi nəzərdə tutulur. Həmçinin Sovet dönəmində bu məqsədlə həyata keçırılmış tədbırlər və onların nəticələri haqqında hesabat verilib. Bildirlib ki, hazırda mövcud və ləğv olunmuş dolu ilə mübarizə məntəqələrinin inventarlaşdırılması işləri aparılıb. Ağstafa, Tovuz, Göygöl, Şamaxı, İsmayıllı və Şəki radiometeorolojı stansıyalarındakı radiolokasiya və raket-artilleriya vasitələri və onların texniki vəziyyəti dəyərləndirilib.




19:00 / 05.02.2018     Çap et  Çap et