Lider TV

Prezident İlham Əliyev Fransanın “Thales ınternational” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazini qəbul edib


Prezident İlham Əliyev Fransanın “Thales ınternational” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazini qəbul edib. Rafael eskinazi təmsil etdiyi təşkilatın azal ilə uzun illər səmərəli əməkdaşlıq etdiyini vurğulayıb və Azərbaycanla bu əməkdaşlığı gələcəkdə də davamlı həyata keçirmək niyyətində olduqlarını qeyd edib. Rafael eskinazi “Thales ınternational” şirkətinin dünyada ilk pilot layihəsi olan Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın hava məkanından istifadə, strategiya və inkişaf üzrə səmərəlilik mərkəzinin açılış mərasiminin bu gün keçirildiyini məmnunluqla vurğulayıb. Dövlətimizin başçısı “Thales ınternational” şirkətinin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edərək şirkətin bu günədək ölkəmizdə həyata keçirdiyi layihələrin önəmini qeyd edib və bundan sonra da uğurlu əməkdaşlıq aparılacağına ümidvar olduğunu bildirib. Söhbət zamanı Azal ilə “Thales ınternational” arasında bu şirkətin məhsullarının istehsalı ilə bağlı azərbaycanda birgə müəssisənin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.




19:00 / 08.02.2018     Çap et  Çap et