Lider TV

Sərhədi pozmaq istəyən 6 nəfər saxlanılıb


Dövlət Sərhədi Xidməti əməkdaşları sərhədi pozmaq istəyən 6 nəfəri saxlayıb. Sərhəd xidmətindən bildirilib ki, Orta Asiya ölkələrindən olan miqrantların dövlət sərhədini pozmaqla İran ərazisinə keçmək cəhdinin qarşısı alınıb. Belə ki, Füzuli rayonunun Kərimbəyli və Yardımlı rayonunun Deman kəndi ərazisində İran istiqamətində naməlum şəxslərin ayaq izləri aşkar edilib. Əməliyyat-qoşun tədbirləri nəticəsində 5 nəfər Özbəkistan və 1 nəfər Qırğızıstan vətəndaşı qadın saxlanılıb. Sərhəd xidmətindən həmçinin bildirilib ki, Lənkəran rayonun Balıqçılar qəsəbəsi istiqamətində qaçaqmal yolu ilə ölkə ərazisindən alkoqol içkilər çıxartmaq cəhdinin də qarşısı alınıb. Dəniz vasitəsilə çıxarılmaq üçün hazırlanaraq sahildən 150 metr məsafədə su səthində və kolluqlarda 39 qutuda 470 ədəd 1 litrlik şüşə qablarda alkoqol içki aşkar olunaraq götürülüb. Sözügedən faktlarla əlaqədar cinayət işi açılıb və əməliyyat-istintaq tədbirləri davam etdirilir.




19:00 / 20.02.2018     Çap et  Çap et