Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Verlişlər

Fortuna


    Məktub yaz
    Toplanan səs: 19954
    Baxılıb: 2716

Efir vaxtı: çərşənbə 17:30-03:15, şənbə 17:30-01:45

Tamaşaçıların asudə vaxtının əyləncəli keçməsi məqsədilə hazırlanan veriliş iki iştirakçının Türkiyədə pulsuz istirahət etmək uğrunda mübarizəsindən bəhs edir. Veriliş boyunca Bakı şəhərinin müxtəlif ərazilərində, iştirakçıların yaşayış mənzillərində və Heydər Əliyev Hava Limanında çəkilişlər aparılır.

1 saat boyunca yayımlanan verilişin çəkiliş prosesində 2 qrup iştirak edir. Qrupun hər biri 1 aparıcı, 1 operator və 1 sürücüdən ibarətdir. Çəkilişdə Lider kanalının avtomobillərindən istifadə olunur.

Hər iki qrup eyni vaxtda çəkilişə başlayır. Aparıcıların hər biri Bakı şəhərinin təsviri olan xəritəyə ox ataraq, iştirakçı axtarışının sahəsini təyin edir. Bundan sonra təyin olunmuş əraziyə yollanan qruplar, şəhər sakinləri və şəhərin qonaqları arasında xarici pasporta malik olan və müsabiqədə iştirak etmək istəyənlərin axtarışına başlayırlar. Çəkilişdə iştirak edən hər bir qrup, müsabiqənin formatına uyğun olan bir şəxs seçərək, onun yaşadığı ünvana yollanır. Orada iştirakçının əşyalarını toplayaraq, çəkiliş qrupu dərhal hava limanına yola düşür. Hava limanına birinci çatan qrup qalib elan olunur və iştirakçı şəxs üç gün Türkiyədə pulsuz istirahət etmək hüququ qazanır.

Videoyazı formasında olan veriliş şənbə günləri saat 18.00-da yayımlanır. Verilişin təkrarı: çərşənbə günü, 22.00-da.

Verilişin yaradıcı heyəti:
Aparıcılar: Ramin Hacıyev, Rəşad Kərimov.
Rejissor: Ramin Hacıyev

 REYTINQ  1  2  3  4  5  6  7  8  9  10