Efir vaxtı:
Həftənin ilk 5 günü tamaşaçıların görüşünə gələn «Futbolda» verlişinin əsas məqsədi azarkeşləri idmanın şahı sayılan futbolda baş verən ən son xəbərlərlə tanış etməkdir. Bundan başqa verlişdə ölkə futbolunun nəbzi, klublarmız və yığma komandalarmızın düşərgəsində cərəyan edən proseslər, onların ölkə çempionatında və beynalxalq arenada göstərdikləri nəticələrin təhlilinə böyük diqqət yetirilir. Aparıcı futbol yarışları, milli çempionatlarda vurulan qolları futbolsevərlər «Futbolda» izləyə bilərlər. Studiyaya tez-tez qonaqlarda dəvət olunur. Futbol haqqında geniş məlumatı olan xarici və ölkəmizin futbol müttəxəsisləri Azərbaycanda və dünya futbolunda baş verənlər haqda öz fikirlərini tamaşaçılarla bölüşürlər.