Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Verlişlər

Zəif bənd


    Məktub yaz
    Toplanan səs: 5235
    Baxılıb: 664

Efir vaxtı:

"Zəif bənd" televiktorinası 2002-ci ilin yayında BBC 2 telekanalında yayımlanmış və o andan etibarən böyük müvəffəqiyyətlər əldə etmişdir. Ciddi qaydalar, aparıcının iştirakçılara ünvanlanan xoşagəlməz qeydləri, raund ərzində parlaq və "soyuq", gərgin mübarizə zamanı isə tünd qırmızı rəngli işıq oyunçuları ani olaraq özlərini cəngəllik qanunları ilə idarə edilən bir mühitdə hiss etməyə vadar edir. Teleproqramın istehsalçıları proyektin orijinallığını nəzərə alaraq uğur qazanacaqlarına əmin idilər.

İndiyə qədər hazırlanan televiktorinalar oyunçuların qarşılıqlı məhəbbəti və etibarı üzərində qurulmuşdur. Amma nəticə gözlənilməz oldu. Tezliklə, bu proqramın reytinqi aparıcı kanalların ən populyar verilişlərini də üstələdi. Bir müddətdən sonra "Zəif bənd" BBC1 və BBC2 kanallarında gündüz və praym-taym vaxtlarında yayımlanmağa başladı.

Oyunun ingilis versiyasının aparıcısı Enn Robinsonun - "televiziyada ən kobud qadın" titulu sahibinin oyunçularla ünsiyyət tərzi tamaşaçıları daha çox cəlb etmişdir.

Burada aparıcı tərəfindən deyilən ən "şirin" söz - "Siz ən zəif bəndsiniz, Sağ olun!" kəlməsidir.

Veriliş yaranan gündən onun əleyhdarları da az olmamışdır. Amma bununla bərabər, bu tərzdə yazılan məktubların son cümləsi, adətən, belə olur: "Sizin verilişdə necə iştirak etmək olar?"

"Zəif bənd"ə olan maraq artıq Amerika və İngiltərə çərçivəsindən çıxaraq, Yeni Zelandiya, İrlandiya, Avstraliya, Almaniya, Niderland, Belçika, İtaliya, Rumıniya, Azərbaycan və başqa ölkələri əhatə etmişdir.

"Zəif bənd" 2004-cü ilin may ayında Azərbaycana gəlmişdir. Verilişin aparıcısı Kamilə ilk günlərdən öz kövrək addımlarını ataraq verilişin ümumi qaydası olan "Kobud qadın" obrazını yüksək professionallıqla yaratmışdır.

Efirə çıxdığı vaxtdan verilişin tamaşaçılar arasında qazandığı populyarlıq aparıcı Kamilənin xüsusi bacarığı və qabliyyəti ilə bağlıdır.

Verilişdə istər aparıcı, istərsə də komanda üzvləri tərəfindən oyunçuya hər hansı köməyin qeyri-mümkünlüyünə baxmayaraq, oyunda iştirak etmək istəyənlərin sayı gündən-günə artır.


Aparıcı : Kamilə

 REYTINQ  1  2  3  4  5  6  7  8  9  10