/* */
Efir vaxtı:
"SƏHƏR ÇAĞI" Lider TV-nin efirində həftə içi hər gün səhər saat 8:00-dan 10:00-dək, şənbə-bazar günləri isə saat 9:00-dan 11:00-dək canlı olaraq yayımlanır. Proqram musiqili, əyləncəli və maarifləndirici xarakter daşıyır. Proqramın məqsədi səhər-səhər tamaşaçıların əhval-ruhiyyəsinə müsbət təsir göstərmək və eyni zamanda cəmiyyətimizi düşündürən aktual problemlərin həlli haqqında qonaqların fikirlərini öyrənməkdir. Proqrama müxtəlif peşə sahibləri qonaq kimi dəvət olunur. Musiqili qonaq isə tamaşaçıların zövqünü oxşayan mahnılar ifa edir, ümumiyyətlə proqramda mahnılar, rəqslər, canlı ifalar yer alır.