Efir vaxtı:
Lider Televiziyası «Azərbaycan» redaksiyası
Azərbaycan Respublikası Mədəniyyət və Tuizm Nazirliyinin dəstəyi ilə
Təqdim edir
Xronometrajı: 25 dəqiqə
Aparıcı: Aynur Talıbova
Rejissor: Akif Arifoğlu
Azərbaycanın maddi-mədəni-təbii-tarixi abidələrini, folkloru və məişətini, adət-ənənələrini bölgələrə görə ələ almaqla mədəniyyətimizi təbliğ edərkən turizmin inkişafına xidmət etmək. Filmlər silsiləsində bölgələrə səyahət ediləcək: diqqətdən uzaq qalmış bütün yerlər, məşğuliyyətlər, bölgələrə xas xüsusiyyətlər, aşağıdakı mövzu və turistik turlara əsasən dinamik, maarifləndirici və əyləncəli film formatında təqdim olunacaq!
Layihə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmən təsdiq olunmuş səyahət marşrutları üzrə gerçəkləşdirilir.
E-mail: yol@lidertv.com
Aparıcı
Aynur Yusif qızı Talıbova
26.09.1975-də, Mingəçevir şəhərində müəllim ailəsində doğulmuşam.
Tərəzi bürcündənəm.
Nə istədiyimi və nə etdiyimi bilirəm.
1983-1990-cı illərdə Mingəçevir şəhər orta musiqi məktəbinin fortepiano şöbəsini və 1 saylı məktəbdə natamam orta təhsilimi, 1992-ci ildə isə şəhər litseyinin humanitar şöbəsini oxuyub bitirmişəm.
Eyni il Türkiyə universitetləri üçün imtahana daxil olub qazanmışam.
1992-1993-də Ankara Universiteti Türkiyə Öğretim Mərkəzində kurs keçmişəm.
1993-1998-ci illərdə İstanbul Universiteti, Jurnalistika fakültəsində təhsilimi oxuyub tamamlamışam.
1998-2002-ci illərdə İstanbul, Eminönü Bələdiyyəsi və Eminönü Hizmet Vakfı kimi təşkilatlarda ictimai-əlaqələr üzrə işləmişəm.
Eyni zamanda İÜHA, TGRT, İHA, Kanal D kimi media təşkilatlarında staj keçmişəm.
2002-ci ildən Bakıdayam. Müxtəlif kanallarda TV və radio proqramlar hazırlamışam.
İşimi sevirəm.
Evli olmasam da evim var, maşınım yoxdur.